“Qol vəziyyəti hələ qol demək deyil, bu imkanlar dəyərləndirilməsə, hətta məğlubiyyətlə nəticələnə bilər” - Paşinyan

2026/04/1775731439.jpg
Oxunub: 367     15:39     13 Aprel 2026    
“Qol vəziyyəti hələ qol demək deyil, oyun zamanı onlarla qol imkanı yaranır və bu imkanlar dəyərləndirilməsə, hətta məğlubiyyətlə nəticələnə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın iri işəgötürənlərinin nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Biz bu gün əldə etdiklərimizdən, o cümlədən düşüncə və baxışlarımızın dəyişməsindən ruhlansaq da, başa düşürük ki, qol vəziyyətlərini həm yaratmalı, həm də onları reallaşdırmalıyıq, çünki “demək olar qol” anlayışı yoxdur.

Biz iqtisadiyyatımız üçün qol vəziyyəti yaratmışıq və bu vəziyyətdən davamlı istifadə etməyi bacarmalıyıq. Aydındır ki, hökumət iqtisadiyyatda əsas rol oynayanlar və ümumiyyətlə real sektor olmadan bunu edə bilməz”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin