Ordu.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında “Erməni Şurası” təşkilatının rəhbəri, “Sülh körpüsü” təşəbbüsünün erməni tərəfdən koordinatoru Areq Koçinyan bildirib.
“Gəlin açıq danışaq ki, hazırda sülh prosesində ən böyük dəyişən Ermənistanda keçiriləcək parlament seçkiləridir. Əgər seçkilər Azərbaycanda keçirilsəydi, dəyişən amil o olardı”, - deyə o qeyd edib.
Fikirlərini daha da izah edən Areq Koçinyan bildirib: “Bir tərəfdən Ermənistan və Azərbaycan arasında kifayət qədər ciddi formalaşmış müqavilə-hüquqi və siyasi baza mövcuddur. Bu, paraflanmış və imzalanaraq ratifikasiya olunmalı olan Sülh sazişidir. Bu, iki ölkə arasında aparılan delimitasiya və demarkasiya prosesidir, həmin komissiyaların nizamnamələri hər iki ölkə tərəfindən təsdiq edilib, bütün hüquqi prosedurlar keçilib, komissiyalar formalaşdırılıb və fəaliyyət göstərir. Bu, kommunikasiyaların açılması prosesidir və bununla bağlı da artıq sənədlər imzalanıb və bu, ilk növbədə, təbii ki, TRIPP-dir (Zəngəzur dəhlizi-red.). Bu, hüquqi-müqavilə bazasıdır. Bununla paralel olaraq müəyyən siyasi element də var ki, bəli, iki ölkənin hökumətləri arasında müəyyən səviyyədə bir-biri ilə işləmək bacarığı formalaşıb.
Çox vacibdir ki, Ermənistanda seçkilərdə iştirak edən siyasi qüvvələr mənim qeyd etdiyim bu bazaya hansı mövqeni və münasibəti ifadə edirlər, çünki seçkilərdən sonra sülh və müharibə məsələləri mahiyyət etibarilə Ermənistanda qalib gələcək qüvvə tərəfindən müəyyən olunacaq”.
Alpər Mövludoğlu
Ordu.az