Yekaterinburq məhkəməsi Şahin və Mütvəli Şıxlınskini uzunmüddətli həbs cəzasına məhkum edib

2026/04/1776067948.jpg
Oxunub: 869     12:08     13 Aprel 2026    
Yekaterinburqun (Rusiya) Kirov rayon məhkəməsi Uralda Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlınskini və onun oğlu Mütvəli Şıxlınskini hakimiyyət nümayəndəsinə qarşı guya zorakılıq tətbiq etməkdə təqsirli bilib.

Bu barədə Ordu.az Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, Şahin Şıxlınskiyə doqquz il ciddi rejimli cəzaçəkmə müəssisəsində, oğluna isə səkkiz il ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs cəzası təyin edilib.

İstintaqın məlumatına görə, 2025-ci ilin iyulunda Şahin Şıxlınski Yekaterinburqda "Bakı Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılıb. Saxlanılma zamanı o, oğlunun idarə etdiyi avtomobildə olub. Silahlı qüvvələrin Şahin Şıxlınskini maşından çıxarmağa cəhd etdiyi zaman avtomobil kəskin şəkildə geriyə hərəkət edib, nəticədə FTX əməkdaşlarından biri yıxılıb.

Daha əvvəl, martda Şahin Şıxlınski 2001 və 2011-ci illərdə törədilmiş qətl və qəsd işi üzrə artıq 22 il ciddi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edilmişdi. Ümumilikdə onun yekun cəza müddəti 24 il təşkil edib: ilk dörd ili həbsxanada, qalan hissəni isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yekaterinburq   Şahin-Şıxlınski   Mütvəli-Şıxlınskini  


Bizi "telegram"da izləyin