Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokratik alternativ” partiyasının sədri Suren Surenyants deyib.
“Əvvəldən aydın idi ki, onun təbliğ etdiyi sülhün heç bir institusional xüsusiyyəti yoxdur. İstənilən halda müharibənin nəticəsi TRIPP-in (Zəngəzur dəhlizi-red.) aktuallığını itirməsinə gətirib çıxarır və hətta ləğv olunmasa belə, ən azı sənəd kimi ciddi redaktəyə ehtiyac duyacaq. Ağ Ev tərəfindən prioritet hesab olunmayacaq. Bunu Paşinyan da anlayır. Əgər anlamasaydı, seçkiqabağı mərhələdə Putindən görüş istəməzdi. O çox yaxşı başa düşür ki, nə danışmasından asılı olmayaraq, onun bütün “balonları”, o cümlədən əsas olanı, yəni sülh artıq partlayıb. İndi isə Putinlə görüş vasitəsilə yeni bir mif yaratmağa çalışır, lakin bu da onda xüsusilə alınmadı”, - deyə erməni müxalif siyasətçi bildirib.
Surenyants qeyd edib ki, Putin-Paşinyan görüşü zamanı qeyri-adi bir söhbət baş tutub.
“Tam əsaslı sual yaranır: bu insan nəyə ümid edir, yalnız apatik cəmiyyətə? Onun yeganə dəstəkçisi hətta Aram Sarkisyan da deyil, çünki bütün bu siyasi “balonlar” seçki dövrü başlamazdan əvvəl, xüsusilə İran müharibəsi fonunda tamamilə partladı. Cəmiyyətimizdə humanist Qərb haqqında illüziya xarakterli təsəvvürlər var idi, lakin onlar açıq şəkildə dağılmış oldu”, - deyə o vurğulayıb.
Surenyantsın fikrincə, cəmiyyət bir il əvvəl belə geniş yayılmış bir sıra illüziyaları yenidən dəyərləndirməyə başlayıb.
“Ruslar açıq şəkildə xəbərdarlıq etdilər ki, Qarabağın itirilməsini artıq onların üzərinə atmayın. Nikol Paşinyan anlamır ki, münaqişəyə son qoyan məhz özüdür. Münaqişə tərəfinin rəhbəri kimi əsas mübahisənin bitməsi barədə sənədi o imzalayıb”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az