Erməni hərbi ekspert: “ABŞ İranla müharibədə mənəvi məğlubiyyətə uğrayıb”

2026/04/1776063364.jpg
Oxunub: 361     14:03     13 Aprel 2026    
“ABŞ İranla müharibədə mənəvi məğlubiyyətə uğrayıb. ABŞ prezidenti Donald Tramp iki həftəlik atəşkəs barədə açıqlama verməzdən əvvəl artıq özü üçün geri çəkilmə yolu hazırlamışdı”.

Ordu.az xəbər verir ki,bunu Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, erməni hərbi ekspert Hayk Nahapetyan İranla ABŞ və İsrail arasında 40 gün davam edən müharibənin nəticələri və Pakistanda baş tutan ABŞ-İran danışıqlarının perspektivləri barədə danışarkən deyib.

Erməni hərbi ekspertin qiymətləndirməsinə görə, iki nüvə dövləti olan ABŞ və İsrailə qarşı dayanan İran İslam Respublikası faktiki olaraq bu müharibədə qalib gəlir.

Nahapetyan İranın hərbi uğurunda Rusiyanın və Çinin dəstəyinə xüsusi yer ayırıb.

“Müharibənin belə nəticələri İranın regiondakı təsirini əhəmiyyətli dərəcədə artıracaq”, - deyə Nahapetyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nahapetyan   ABŞ   İran  


Bizi "telegram"da izləyin