Sabiq erməni deputat: “Erməni xalqı Suriyanın taleyini görmədi? Əgər biz yalnız öz səhvlərimizdən nəticə çıxaracağıqsa, məhv olacağıq”

2026/04/1776062933.jpg
Oxunub: 359     14:52     13 Aprel 2026    
“Bu, Paşinyan-Putin görüşləri arasında, bəlkə də, ən sərti idi və görüşün leytmotivi də bunu göstərirdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq deputatı, erməni ekspert, sosioloq və filosof Vardan Xaçatryan deyib.

“Avropa anlayır ki, ABŞ ilə münasibətləri risk altındadır. Bu halda Avropa gələcək yüksəliş iddialarını yalnız Çin vasitəsilə həyata keçirə bilər və bu da yalnız Azərbaycan üzərindən mümkündür. Bu baxımdan biz öz mümkün addımlarımızı nəzərə almalıyıq. Bu, bizim maraqlarımızla uyğun gəlirmi?”, - deyə Xaçatryan bildirib.

Ermənistan parlamentinin sabiq deputatı təəccüblə sual verib ki, erməni xalqı Suriyanın taleyini görməyib?

“Erməni xalqı Suriyanın taleyini görmədimi? Əgər biz yalnız öz səhvlərimizdən nəticə çıxaracağıqsa, məhv olacağıq. Paşinyanın dediyi Avropa hansıdır və o hara getmək istəyir? Hər hansı analitik sənəd varmı, məsələn, Almaniya, Fransa və ya Avstriyanın iqtisadi strukturunun elə olduğu barədə ki, biz orada mövcud ola bilərik?”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçatryan   Ermənistan  


Bizi "telegram"da izləyin