Rusiyada “Cermuk” ilə bağlı işin istintaqı yenidən başlanıb

2026/04/1776059199.jpg
Oxunub: 398     09:49     13 Aprel 2026    
Rusiyada 65 yaşlı kişinin “Cermuk” mineral suyunu içdikdən sonra ölməsi ilə bağlı iş üzrə istintaq yenidən başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Rusiya İstintaq Komitəsinin Şimali Osetiya-Alaniya Respublikası üzrə istintaq idarəsindən məlumat verilib.

Söhbət Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsi (istehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan insan ölümünə səbəb olması) ilə açılmış cinayət işindən gedir. İstintaq 2026-cı il mart ayında yeni ortaya çıxmış hallar ilə əlaqədar yenidən başlanıb.

“Qurumun məlumatına görə, 2024-cü il fevralın 11-də zərərçəkmiş Vladikavkazdakı satış məntəqələrindən birindən aldığı “Cermuk” mineral suyunu içib. Bundan sonra o, özünü çox pis hiss edib və səhhəti kəskin şəkildə pisləşib. Kişi xəstəxanaya yerləşdirilib, lakin həkimlər vaxtında göstərilən tibbi yardıma baxmayaraq onun həyatını xilas edə bilməyiblər”, - deyə məlumatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Cermuk  


Bizi "telegram"da izləyin