Ordu.az xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” partiyasının sədri Edmond Marukyan bildirib.
O xatırladıb ki, 1 milyondan çox əhalisi olan İrəvanın meri Tiqran Avinyan cəmi 75 min seçicinin səsi ilə seçilib.
“Bu vəziyyətdə günah seçicilərdədir, çünki 800 min seçicidən seçkilərdə yalnız 234 min nəfər (seçicilərin 28%-i) iştirak edib. Avinyan şəhərdəki tıxacları sürücülərin sarı işıqda keçərək yolayrıcının ortasında qalması ilə izah etməyə çalışıb. Halbuki o bunu tikinti icazələrinin sistemsiz verilməsi ilə izah etmir, hakimiyyətin yolayrıclarında hərəkəti tənzimləyə bilməməsi ilə izah etmir. İnsanları nə qədər aldatmaq olar? Problem ondadır ki, bu hakimiyyət heç nəyi idarə etməyə qadir deyil.
Hakimiyyət yalnız pul qazanmağı düşünür və tikinti icazəsi verərkən həmin ərazidə yağış sularının axıdılması üçün kanalizasiya sisteminin olub-olmadığını nəzərə almır”, - deyə Marukyan qeyd edib.
O, həmçinin su təchizatı və parklanma probleminə də diqqət çəkib.
Marukyanın sözlərinə görə, problemin sistemli həlli regionların balanslı inkişafı ola bilər ki, bu da İrəvanın yükünü azalda bilər.
“Əgər ölkənin bütün əhalisini İrəvanda cəmləşdirirsinizsə, niyə məktəblər tikirsiniz? O məktəblərə kim gedəcək? Regionlarda yaşamaq üçün şərait yaratmısınızmı? Bütün icazələr qanuni verilibmi? Bu istiqamətdə hansısa məmur həbs olunubmu? Komandanızdakı insanlar necə milyonçuya çevrilir?”, - deyə erməni siyasətçi sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az