Estoniya Gürcüstanda fəaliyyətini dayandıran səfirini Ermənistana köçürüb

2026/04/1775888747.jpg
Oxunub: 447     09:05     13 Aprel 2026    
Estoniya İrəvanda rəsmi olaraq səfirlik açıb və Gürcüstandakı fəaliyyətini dayandırdıqdan sonra səfiri Marqe Mardisalu-Kaharı ora köçürüb.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” məlumat yayıb.

Diplomatik nümayəndəliyin açılışı 2026-cı il aprelin 10-u Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın iştirakı ilə baş tutub. Tallində bu hadisə “etimadın, öhdəliyin simvolu və Estoniya ilə Ermənistan münasibətlərində yeni bir səhifə” kimi qiymətləndirilib.

Marqe Mardisal-Kahar 2026-cı il martın 10-u Gürcüstandakı missiyasını başa çatdırıb. Hazırda Tbilisidə Estoniyanı müvəqqəti işlər vəkili Gita Kalmet təmsil edir.

Tallin Kaharin fəaliyyətinin dayandırılması qərarını Gürcüstan hökuməti ilə münasibətlərin soyuması və eyni zamanda Ermənistanla əlaqələrin gücləndirilməsi ilə izah edib. Estoniyanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, ölkə hakimiyyətinin demokratik prinsiplərdən “sistemli uzaqlaşması” səbəbindən Gürcüstan institutlarına dəstək artıq onların xarici siyasətində prioritet deyil.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, bu qərarda “xüsusi bir şey” yoxdur. O bildirib ki, Estoniya səfirin köçürülməsi barədə onları rəsmi şəkildə məlumatlandırmayıb.

Estoniya Gürcüstanda səfirliyini 2006-cı ildə, Gürcüstan isə Estoniyada səfirliyini 2007-ci ildə açıb. Hazırda Gürcüstanın Estoniyada səfiri yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ermənistan  


Bizi "telegram"da izləyin