Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyanın panikası saatbasaat güclənir” başlıqlı məqaləsində yazıb.
“Paşinyan artıq yeni “üfüqlər” fəth edir, hər gün videolar yayır və Samvel Karapetyana təhqirlər yağdırır. Üstəlik, Paşinyan vəzifəsindən sui-istifadə edərək xeyriyyəçi iş adamını ev dustaqlığında saxlayır və onun kölgəsi ilə vuruşur.
Narek Karapetyan və “Güclü Ermənistan”ın digər nümayəndələri Paşinyana kifayət qədər mədəni, amma sərt cavab verirlər. “Güclü Ermənistan” artıq öz seçki siyahısını da təqdim edib”, - deyə nəşr vurğulayıb.
Müəllif qeyd edir ki, siyahıda yer alan şəxslərlə və onların yerləri ilə bağlı müəyyən iradlar ola bilər. Lakin fakt ondan ibarətdir ki, müxalifət hazırkı hakimiyyətə qarşı kifayət qədər savadlı işləyir.
“Ötən gün “Hayastan” bloku da öz siyahısını təsdiqlədi. Bir sıra tanınmış isimlər, o cümlədən fraksiya rəhbəri Seyran Ohanyan orada yer almasa da, “Hayastan” blokunun siyahısı da siyasidir və tərkibində hazırlıqlı siyasətçilər var.
Bu gün isə “Çiçəklənən Ermənistan” partiyası öz siyahısını təqdim edəcək. Məhz bu üç qüvvə Nikol Paşinyanın ölümcül dərəcədə qorxduğu qüvvələrdir və o, hər fürsətdə bu partiyalara daş atmağa çalışır.
Son sorğular da göstərir ki, Paşinyanın mövqeləri xeyli zəifləyib”, - deyə məqalədə qeyd olunub.
Nəşr bildirib ki, müxalifət daha savadlı davranmalıdır ki, parçalanma səbəbindən Paşinyanın yenidən hakimiyyəti təkrarlamasına imkan verməsin.
“Əslində Nikol Paşinyanın etməyə çalışdığı da budur: meydana müxtəlif birliklər və bloklar atmaq. Üstəlik, ideoloji və insani baxımdan bir-birindən kəskin fərqlənən qüvvələr birləşir, bununla da müxalifətin səslərini tozlandırmağa və nəticədə həm müxalifətə, həm də cəmiyyətə ayı xidməti göstərməyə çalışırlar”, - deyə müəllif vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az