Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı, “Avrasiya Ekspert Klubu”nun üzvü Ağasi Tavadyan bildirib.
Onun sözlərinə görə, bu vəziyyətdən bank sektoru faydalanır.
Bununla belə, Tavadyan qeyd edib ki, risklər də mövcuddur.
“Elə ölkələr var ki, cəmi 40 gün ərzində neftin, benzinin və digər yanacaq növlərinin qiymətləri 1,5-2 dəfə artıb”, - deyə erməni iqtisadçı izah edib.
Tavadyan gübrələrin bahalaşması riskinə də diqqət çəkib.
Onun sözlərinə görə, bütün gübrələrin təxminən üçdə biri Fars körfəzi vasitəsilə daşınır və tədarük edilir.
Erməni iqtisadçı bildirib ki, qiymətlərin belə artımı və çatışmazlıq sadəcə qlobal aclığa səbəb ola bilər.
O əlavə edib ki, Ermənistan da bu risk zonasına düşə bilər, əgər Rusiyadan və onun bazarından imtina etsə, çünki gübrə və neft məhsullarının əhəmiyyətli hissəsini məhz oradan alır.
Alpər Mövludoğlu
Ordu.az