Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə Rusiyada 1 qutu içki və qəlyanaltı hədiyyə olunub

2026/04/1775563191.jpg
Oxunub: 330     10:58     13 Aprel 2026    
Nikol Paşinyan aprelin 1-də işgüzar səfərlə Moskvaya gedib və səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrə görə, səfərdən sonra Ermənistan Xarici İşlər Nazirliyinin dövlət protokol xidməti rəisi Qaqik Vanoyan Korrupsiyanın Qarşısının Alınması Komissiyasına qeydiyyat üçün taxta qutu təqdim edib.

Bildirilir ki, qutunun içində 3 şüşə şərab, 1 şüşə araq, 1 şüşə konyak, 4 qutu müxtəlif növ pendir, 3 ədəd müxtəlif növ kolbasa, 1 ədəd paştet, 3 qutu hisə verilmiş balıq çeşidi, 1 şüşə qabda krab çubuqları, 1 şüşə qabda qırmızı kürü və 1 qab qara kürü olub.

Hədiyyəni Rusiya prezidentinin protokol rəhbəri Vladislav Kitayev təqdim edib. Ümumi dəstin dəyərinin 336 min 500 dram olduğu qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin