Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Bir üzr Andranik Köçəryana kömək etməyəcək” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, ötən günlərdə jurnalistin “oğlunuz niyə xidmət etməyib?” sualına Andranik Köçəryan belə cavab vermişdi: “Mənim oğlum çox yüksək səviyyəli oğlandır, sən onun biliyi qədər biliyə malik olsaydın, sən də xidmət etməzdin”.
“Bu açıqlamadan sonra tənqidlər təkcə ictimaiyyətdən və müxalif siyasətçilərdən deyil, həm də Köçəryanın komanda yoldaşlarından səsləndi. “Vətəndaş Müqaviləsi” siyahısında üçüncü olan Anahit Avanesyan emosional paylaşım etmişdi və bu, Köçəryanı daha çox narahat etməli idi. Deputat özü isə yazıb ki, böyük oğlunun xidmət etməməsi ilə bağlı suala verdiyi cavabla Ermənistan qanunvericiliyində təhsilə və elmi fəaliyyətə nə qədər dəyər verildiyini vurğulamaq istəyib və dövlətə elmi potensialı ilə xidmət etmək istəyən şəxslərə belə imkanın verildiyini qeyd edib.
“Mənim iki oğlumdan böyüyü bütün zəruri təhsil pillələrini keçib və elmlə məşğuldur, kiçik oğlum isə Ermənistan silahlı qüvvələrində xidmət edib və 44 günlük müharibədə iştirak edib. Cavabımın fikir ayrılığına və müxtəlif şərhlərə səbəb olmasına görə təəssüf edirəm və buna görə üzr istəyirəm”, - deyə o yazıb. Görünür, bu üzr Andranik Köçəryanı xilas etməyəcək.
“Vətəndaş Müqaviləsi” daxilində ciddi narazılıqlar səslənir ki, oxşar ifadəyə görə səhiyyə məsələləri üzrə komissiyanın keçmiş sədri Hripsime Hunanyanı sərt şəkildə cəzalandıraraq onu seçki siyahısından çıxarmağa məcbur etmişdilər və indi Andranik Köçəryanı bağışlamaq mümkün deyil”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, üstəlik, partiya rəhbərliyinə daxil olan qadınların əksəriyyətinin Andranik Köçəryanla şəxsi ciddi problemləri var və onlar onu istənilən halda seçki siyahısından uzaqlaşdırmaq istəyirlər.
“Məhz qadınlar bu müzakirəni başladıblar və bu gün və ya sabah “Vətəndaş Müqaviləsi” Andranik Köçəryanla bağlı qərar verməlidir, onu bağışlayacaqlar, yoxsa seçki siyahısından imtina etməyə məcbur edəcəklər”, - deyə “Past” bildirib.
Alpər Mövludoğlu
Ordu.az