Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Xaçatryan kraliçanın Ermənistana səfərini alqışlayıb və onun BMT-nin Davamlı İnkişaf Məqsədlərinin müdafiəçisi kimi liderliyini yüksək qiymətləndirib.
Görüş zamanı BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən proqramlar və onların irəlilədilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Söhbət zamanı Ermənistan və Belçika arasında ikitərəfli münasibətlərə də toxunulub. Qeyd olunub ki, iqtisadiyyatın yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ həllərin təşviqi və birgə təşəbbüslərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Tərəflər, həmçinin, 2026-cı ildə Ermənistanda keçiriləcək Biomüxtəliflik üzrə COP-17 konfransı və Avropa Siyasi Birliyi sammitinin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.
Söhbət zamanı həmçinin regionda sülhün bərqərar edilməsinə yönəlmiş səylərin əhəmiyyəti vurğulanıb. Tərəflər qeyd ediblər ki, sülh və əməkdaşlıq beynəlxalq münasibətlərin əsas dəyərləridir, onların möhkəmləndirilməsi isə dövlətlərin və xalqların tərəqqisinin başlıca şərtidir.
Alpər Mövludoğlu
Ordu.az