Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd olunub - FOTOLAR

2025/10/7ccb5-1759582501.jpg
Oxunub: 360     16:14     04 Oktyabr 2025    
Beynəlxalq Müəllimlər Günü münasibətilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir iştirakçılarına bayramın yaranma tarixi ilə bağlı geniş məlumat verilib. Beynəlxalq Müəllimlər Gününün Ulu Öndərin müvafiq Sərəncamına əsasən hər il ölkəmizdə bayram kimi qeyd edildiyi xüsusi vurğulanıb. Savadlı cəmiyyətin formalaşmasında müəllimlərin rolunun danılmaz olduğu, xalqımız tərəfindən onlara hər zaman hörmət bəsləndiyi qeyd edilib.

Tədbirlərdə çıxış edən müəllimlər ölkəmizdə müəllimlərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıblar.

Sonda təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xüsusi-təyinatlı-təhsil-müəssisələri   Beynəlxalq-Müəllimlər-Günü  


Bizi "telegram"da izləyin