Hindistanda 18 hava limanı bağlanıb, 200-ə yaxın uçuş ləğv edilib

2023/10/65216-1696689951.jpg
Oxunub: 406     12:14     07 May 2025    
Cammu və Kəşmir bölgəsindəki Srinqar da daxil olmaqla Hindistanın ən azı 18 hava limanı bölgədəki vəziyyətlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb, 200-ə yaxın uçuş ləğv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti yazıb.

"Aviaşirkətlər müxtəlif hava limanlarına və bu aeroportlardan 200-dən çox reysi ləğv edib. Təkcə “IndiGo” aviaşirkəti 160 reysi ləğv edib", - nəşr mənbələrə istinadən bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Uçuş  


Bizi "telegram"da izləyin