Moskvada Qələbə paradının baş məşqi başlayıb, mobil operatorlara məhdudiyyətlər qoyulub

2025/05/1746603208.jpg
Oxunub: 390     11:16     07 May 2025    
Moskvadakı Qırmızı Meydanda Qələbə paradının baş məşqi başlayıb.

Ordu.az xəbər verir ki, Qırmızı Meydanda və ona bitişik küçələrdə bütün mobil operatorların məlumat ötürülməsi xidməti işləmir.

Qeyd edək ki, Ukraynanın Rusiya paytaxtını intensiv şəkildə kütləvi dron hücumuna məruz qoyması səbəbi ilə Moskvada mobil operatorun fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Şəhərin bir çox hissələrində mobil şəbəkə işləmir. Vətəndaşlara “Wi-Fi” şəbəkəsindən istifadə etmək tövsiyə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Qələbə-paradı  


Bizi "telegram"da izləyin