Türkiyənin nüvə sualtı qayığı hədəfi təsdiqləndi

2025/05/1746602780.jpg
Oxunub: 135     17:25     06 May 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Ercüment Tatlıoğlu Türkiyənin Milli Sualtı Qayıq (MİLDEN) layihəsi və nüvə sualtı qayığı hədəfləri ilə bağlı mühüm açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Tatlıoğlu Türkiyənin sualtı qayıq istehsalında və qlobal strateji güc olma vizyonunda güclü addımlarla irəlilədiyini ifadə edərək, nüvə sualtı qayıqları ilə çəkindirmə qabiliyyətini artırmağı hədəflədiklərini vurğulayıb.

Tatlıoğlu “Warships International Fleet Review” jurnalına verdiyi müsahibədə Türkiyənin milli sualtı qayıq layihələri çərçivəsində birdən çox platforma istehsal etməyi və bu sahədə ixrac həyata keçirməyi hədəflədiyini açıqlayıb.

Türkiyə HDQ komandanı uzun müddətdir gözlənilən Milli Sualtı Qayıq (MİLDEN) layihəsi üçün Türkiyənin bütün əməliyyat ehtiyaclarını qarşılayan, tamamilə yerli dizayna malik olan və xarici mənbələrdən asılı olmayan bir sualtı qayığın inşasının 139 illik arzu olduğunu ifadə edib.

Tatlıoğlu dekabr ayında “Gölcük” Gəmiqayırma Zavodu Komandanlığında Milli Sualtı Qayığın ilk qaynağının edilməsi və inşa prosesinin başlaması ilə bu hədəfin indi konkret addımlarla reallaşdığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Nüvə-sualtı-qayıq  


Bizi "telegram"da izləyin