Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Hərbi Dəniz Qüvvələrinin 2025-ci ilin mart ayı ilə bağlı dərc etdiyi “Son Üç İllik Dövrdə İcra Edilən Fəaliyyətlər” adlı hesabatında bildirilib.
Hesabatda “Akya” torpedosu ilə bağlı məlumatlar da yer alıb.
Bu çərçivədə “Akya” torpedosu ilə 54 atış edildiyi, “TCG Preveze” ilə isə 12.000 yard məsafədən bir gəminin vurularaq batırıldığı paylaşılıb.
“Döyüş batareyası inkişaf etdirmə işləri tamamlanana qədər 2 ədəd təlim batareyalı döyüş başlıqlı “Akya” torpedosu 2024-cü il mayın 2-də təhvil alınıb. Döyüş başlıqlı “Akya” torpedosunun təlim atışı 2023-cü il dekabrın 27-də Antalya körfəzində “TCG Preveze” sualtı qayığından uğurla həyata keçirilib, hədəf “M/G Gazal” 12.000 yard məsafədən dəqiqliklə vurularaq batırılıb”, - deyə hesabatda qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az