Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Parlamentin 2025-ci il aprelin 30-da dərc edilmiş yazılı cavabına əsasən, Britaniya hökuməti “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə potensial satışına davamlı dəstəyini təsdiqləyərək, Almaniya və proqramda iştirak edən digər tərəfdaş ölkələrlə davam edən müzakirələri qəbul edib.
İşçi Partiyasının sualını cavablandıran müdafiə naziri deyib: “Biz Almaniya ilə avadanlıq və birgə proqramlarla bağlı bir sıra məsələlərdə müntəzəm müzakirələr aparırıq. Britaniya “Eurofighter Typhoon”un növbəti döyüş platforması kimi Türkiyəyə mümkün satışını dəstəkləyir”.
“Eurofighter Typhoon” proqramı Britaniya, Almaniya, İtaliya və İspaniya arasında birgə təşəbbüsdür. Üçüncü ölkəyə hər hansı satış bütün konsorsium ölkələrinin razılığını tələb edir. Almaniya daha əvvəl siyasi və regional narahatlıqlara görə Türkiyəyə qabaqcıl hərbi texnika satmaqda ehtiyatlı olduğunu bildirib.
Buna baxmayaraq, İql vurğulayıb: “Türkiyəyə Typhoon” tədarük edilməsi üçün davam edən təklifimizi Almaniya da daxil olmaqla, digər “Eurofighter” tərəfdaşı ölkələrlə müzakirə etməyə davam edirik”.

Sevinc Əliyeva
Ordu.az