“Gezgin” raketi ilk dəfə görüntüləndi: Budur!

2025/05/2025--1746601702.jpg
Oxunub: 561     11:05     07 May 2025    
Türkiyənin “Gezgin” qanadlı raketinin görüntüləri ilk dəfə sosial mediada əks olunub.

Ordu.az xəbər verir ki, raket TÜBİTAK-SAGE tərəfindən Birgə Qanadlı Raket Layihəsi çərçivəsində hazırlanır.

Bir müddətdir adı hallanan “Gezgin” Milli Birgə Qanadlı Raketinin görüntüləri sosial mediada əksini tapıb.

Quru, hava və dəniz qüvvələri platformalarından istifadə edilə bilən “Gezgin” qanadlı raketi TÜBİTAK-SAGE tərəfindən milli imkanlarla hazırlanır.

Bu günə qədər müxtəlif sınaqları aparılan “Gezgin” raketinin TÜBİTAK SAGE tərəfindən hazırlanan və istehsal edilən Sualtı Qayıq Sınaq İnfrastrukturundan (DATA) istifadə edilməklə, “Kapsüllü Gezgin” Kütləvi Ekvivalent Atışları da Aksazda uğurla həyata keçirilib.

Digər tərəfdən, “Gezgin” raketinin ROKETSAN tərəfindən hazırlanan MİDLAS Milli Şaquli Buraxılış Sisteminə inteqrasiyası fəaliyyətləri davam edir.

“Gezgin”in quru, hava, dəniz və sualtı platformalar tərəfindən istifadə ediləcəyi qiymətləndirilir. Digər tərəfdən “F-16 Özgür” platforması ilə bağlı daha əvvəl paylaşılan tanıtım videosunda “Gezgin” də istifadə olunacaq silah sistemləri arasında yer alıb. Raketlə bağlı başqa açıq mənbə təfərrüatları yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gezgin  


Bizi "telegram"da izləyin