Braziliya prezidenti Qələbə paradında iştirak məqsədilə Moskvaya yola düşüb

2025/05/1746595778.jpg
Oxunub: 362     09:28     07 May 2025    
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Moskvaya yola düşüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd rusiyalı həmkarı Vladimir Putinlə görüş və 9 May – Qələbə Günü münasibətilə keçiriləcək paradda iştirak etməkdir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov mayın 9-da hər iki lider arasında ikitərəfli görüşün keçiriləcəyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Prezident   Moskva   Qələbə-paradı  


Bizi "telegram"da izləyin