ABŞ-yə məxsus daha bir qırıcı Qırmızı dənizə düşüb

2025/05/1746595691.jpg
Oxunub: 455     09:23     07 May 2025    
ABŞ-nin “USS Harry S. Truman” aviadaşıyıcısının göyərtəsində olan daha bir qırıcı təyyarə Qırmızı dənizə düşüb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən xəbər verib.

İlkin məlumatlara görə, hadisənin səbəbi təyyarə daşıyıcısında aerofinişer sisteminin nasazlığı ola bilər. F/A-18 təyyarəsinin pilotu və atıcısı katapult ediblər. Onlar yüngül xəsarətlər alıblar, həyatları üçün təhlükə yoxdur.

Bu, son vaxtlarda Qırmızı dənizdə ABŞ qırıcısının itirilməsi ilə bağlı ikinci haldır. Aprel ayının sonunda ABŞ Hərbi Dəniz Qüvvələri F/A-18E qırıcısının suya düşdüyünü bildirmişdi. CNN-in məlumatına görə, buna səbəb Yəmənin "Ənsar Allah" qiyamçı hərəkatından olan husilərin hücumu olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qırıcı   Qırmızı-dəniz  


Bizi "telegram"da izləyin