KİV: Rusiya Kiyevi ballistik raketlə vurub

2025/05/1746594119.jpg
Oxunub: 3829     03:03     07 May 2025    
Mayın 7-nə keçən gecə Kiyevdə böyük partlayışlar baş verib. Bundan bir qədər əvvəl ballistik təhlükə ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan edilib.

Ordu.az xəbər verir ki, bu haqda “UNİAN“ məlumat yayıb.

Məlumatda Rusiya ordusunun Kiyevi ballistik raketlə vurduğu bildirilir. Partlayışdan sonra raketin düşdüyü ərazidə yanğın başlayıb.

Paytaxt meri Vitali Kliçko şəhərdə hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyini açıqlayıb.


Hadisədən bir az əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı şimal-şərq istiqamətindən ballistik silahların tətbiqi təhlükəsi barədə xəbərdarlıq edib.

İki dəqiqə ərzində hərbçilər artıq hədəfin Kiyev olduğunu müəyyən ediblər.

Dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kiyev   Ballistik-raket  


Bizi "telegram"da izləyin