Rəsmi Vaşinqton Hindistanı ABŞ mallarına tətbiq olunan rüsumların ləğvinə məcbur edib

2025/05/1746591855.jpg
Oxunub: 381     23:44     06 May 2025    
Ağ Ev rəhbəri Donald Tramp Hindistanı ABŞ məhsullarına tətbiq olunan gömrük rüsumlarının ləğvinə məcbur etdiyini bildirib.

Ordu.az xəbər verir ki, o, bu barədə Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı bildirib.

“Hindistan dünyada ən yüksək gömrük rüsumları tətbiq edən ölkələrdən biri idi. Biz bununla barışa bilməzdik – onlar bu rüsumları sıfıra endirməyə razılaşdılar”, – Tramp vurğulayıb.

Onun sözlərinə görə, bu qərar ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirəcək.

"Bloomberg" agentliyi mayın 5-də yazmışdı ki, ABŞ ilə davam edən ticarət danışıqları çərçivəsində Hindistan polad, avtomobil hissələri və əczaçılıq məhsullarına qarşılıqlı şəkildə gömrük rüsumlarının sıfırlanmasını təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin