Qəzzada məktəbin bombalanması nəticəsində azı 20 nəfər ölüb

2025/03/1741583029.jpg
Oxunub: 435     22:42     06 May 2025    
Qəzza zolağının mərkəzində yerləşən Əl-Bureyc düşərgəsində məcburi köçkünlərin yaşadığı məktəbin bombalanması nəticəsində azı 20 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı məlumat yayıb.

“İsrailin köçkünlərin məskunlaşdığı məktəbə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, aralarında uşaqlar da var, onlarla insan yaralanıb”,- deyə məlumatda qeyd edilib.

Telekanal həmçinin BMT, insan haqları və humanitar təşkilatları münaqişəyə son qoymaq və Qəzza zolağında sağ qalanları xilas etmək üçün təsirli addımlar atmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Məktəb  


Bizi "telegram"da izləyin