Moskvaya yenidən dron hücumu olub, 2 hava limanı müvəqqəti bağlanıb

2023/12/1703914070.jpg
Oxunub: 551     19:46     06 May 2025    
Moskvaya yenə dron hücumu olub.

Ordu.az xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan üç PUA vurulub.

Dronların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.

Yerli sakinlər hava hücumundan müdafiə qüvvələrinin fəaliyyəti və rabitə əlaqəsində kəsintilərin müşahidə olunması barədə məlumat verirlər.

Moskvanın Vnukovo və Domodedovo hava limanları PUA hücumu təhlükəsi ilə əlaqədar müvəqqəti bağlanıb. Hava limanları reysləri qəbul etmir və göndərmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Hücum  


Bizi "telegram"da izləyin