AK 2027-ci ilə qədər Rusiya qazından imtina planını təsdiqləyib

2025/01/1737130180.jpg
Oxunub: 477     18:24     06 May 2025    
Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib.

"Bu gün biz "yol xəritəsi"ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik", - o qeyd edib.

AK-nın paylaşımına əsasən, "yol xəritəsi" "Rusiya nefti, qazı və nüvə enerjisinin Aİ bazarlarından tədricən çıxarılmasını" nəzərdə tutur və bu, enerji keçidimiz irəlilədikcə koordinasiyalı və təhlükəsiz şəkildə baş verəcək.

"Tədbirlər qiymətlərə və bazarlara hər hansı təsiri məhdudlaşdırmaqla Aİ-də enerji təchizatının təhlükəsizliyini qorumaq üçün hazırlanıb", - sənəddə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK   Rusiya  


Bizi "telegram"da izləyin