Rusiya ABŞ səfirinə qələbə paradında iştiraka dəvət göndərib

2022/09/f5cac-1664006642.jpg
Oxunub: 497     17:19     06 May 2025    
ABŞ-nin Moskvadakı səfiri Linn Treysiyə 9 may Qələbə paradında iştirak üçün dəvət göndərilib.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Y.Uşakov səfirin paradda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib.

"Rəsmi səviyyədə bilmirəm. Mən qeyd etdim ki, ABŞ səfirinə dəvət göndərilib. Onun paradda iştirak edib-etməyəcəyini mayın 9-da görəcəyik", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin