Ordu.az xəbər verir ki, tədbir 70-dən çox ölkə və regiondan 12500-dən çox iştirakçını, o cümlədən 26 ölkədən 230-dan çox iştirakçı şirkəti bir araya gətirəcək.
Bu il sərgidə dəniz müdafiəsi, xüsusilə süni zəka və insnasız sistem sahələrində texnoloji yeniliklər diqqət mərkəzində olacaq.
Tədbirdə, həmçinin 35-dən çox ölkədən 56 VİP nümayəndə heyəti, o cümlədən Hərbi Dəniz Qüvvələri komandirləri, Sahil Mühafizəsi direktorları və dəniz hüquq mühafizə orqanlarının rəisləri iştirak edəcəklər.
Tədbirdə Asiya-Sakit Okean regionunda strateji müzakirələri və əməkdaşlığı təşviq etmək məqsədi daşıyan Beynəlxalq Dəniz Təhlükəsizliyi Konfransı (IMSC) keçiriləcək.
İştirakçılar, həmçinin 13 ölkədən 17 hərbi gəmini gəzmək imkanı əldə edəcəklər.
Sevinc Əliyeva
Ordu.az