ROKETSAN TEKNOFEST KKTC-də yeni nəsil məhsulları ilə səhnədə!

2025/05/2025--1746521298.jpg
Oxunub: 407     11:36     07 May 2025    
8-ci ilinə daxil olan festivalın ilk gündən ən böyük dəstəkçilərindən biri olan ROKETSAN yeni nəsil məhsulları ilə TEKNOFEST KKTC-də yerini alıb.

Ordu.az xəbər verir ki, Türkiyənin lider raket istehsalçısı ROKETSAN mayın 1-4-də Lefkoşa Köhnə Ercan Hava Limanında təşkil edilən TEKNOFEST-də yeni nəsil texnologiyaya sahib sistemləri və həm əyləncəli, həm də öyrədici fəaliyyətləri ilə yerini alıb.

Şimali Kipr Türk Respublikasında (ŞKTR) bu il 7-dən 77-yə qədər hər kəsin paylaşdığı TEKNOFEST həyəcanını yaşamaqdan böyük məmnunluq duyduqlarını ifadə edən ROKETSAN baş direktoru Murat İkinci açıqlamasında bildirib:

“Tam müstəqil Türkiyə hədəfi ilə başladılan Milli Texnologiya Həmləsinin ən böyük ayağı olan TEKNOFEST sadəcə bir hadisə deyil, həm də texnologiyaya həvəsli olan, ölkəsi üçün inkişaf etməyə və istehsal etməyə hazır olan bir nəslin yetişməsini simvollaşdırır. Ölkəmizin gələcəyi üçün orijinal, etibarlı və cığır açan raket həlləri yaradan müdafiə sənayemizin lokomotiv şirkətlərindən biri olaraq TEKNOFEST-in 2018-ci ildə ilk təşkilindən etibarən hər zaman ən böyük dəstəkçi və iştirakçılardan biri olmuşuq.

Bu il TEKNOFEST həyəcanını vətənimizin ayrılmaz hissəsi olan ŞKTR-də texnologiya həvəskarları ilə bölüşməkdən böyük məmnunluq duyuruq. Həmçinin stendimizdəki əyləncəli və maarifləndirici fəaliyyətlərlə uşaq və gənclərimizin müdafiə sənayemizi daha yaxından tanımasına şərait yaradırıq. Türkiyənin raket texnologiyaları sahəsində lider şirkəti olaraq TEKNOFEST çərçivəsində təşkil etdiyimiz Raket Yarışmasını bu ilin sentyabr ayında keçirəcəyik. Raket Yarışmasının həyəcanını bizimlə yaşamaq, arzularını səmaya alovlandırmaq istəyən bütün gəncləri bu yarışmada iştiraka dəvət edirəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   TEKNOFEST   KKTC  


Bizi "telegram"da izləyin