Rumıniya quru qoşunlarını gücləndirmək üçün 246 tırtıllı piyada döyüş maşını alacaq

2025/05/1746519635.jpg
Oxunub: 436     11:48     07 May 2025    
Rumıniya Müdafiə Nazirliyi quru qoşunlarının əməliyyat qabiliyyətini artırmaq üçün bu il 246 tırtıllı piyada döyüş maşını (PMAr) almağı planlaşdırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada sözügedən satınalmanın təlim sistemlərini və ilk logistik dəstək paketini də əhatə edəcəyi, çatdırılmaların 8 il ərzində tamamlanmasının gözlənildiyi bildirilib.

Layihə quru qoşunlarının modernləşdirilməsi çərçivəsində “prioritet proqram” kimi müəyyən edilib.

Hazırda Rumıniya Silahlı Qüvvələrində 70-dən çox irimiqyaslı satınalma və modernləşdirmə layihəsi həyata keçirilir. Bildirilib ki, bu proqramlardan 27-nin aktiv müqavilələri var ki, onların da əksəriyyəti quru qoşunlarına yönəlib.

Hazırkı layihələrə zirehli personal daşıyıcıları, yüngül taktiki maşınlar, çoxməqsədli təkərli platformalar və 155 mm-lik haubitsa batareyaları daxildir.

Yeni piyada maşınlarının satınalma proqramı BSDA 2024 müdafiə sərgisində beynəlxalq şirkətlərin diqqətini çəkib. Sərgidə “Rheinmetall”ın “KF41 Lynx”, “Hanwha Aerospace”in “AS21 Redback”, “BAE Systems”in CV90 və “General Dynamics European Land Systems”in ASCOD 2 modelləri nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   MN   PMAr  


Bizi "telegram"da izləyin