Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Ordu katibi Den Driskoll verdiyi açıqlamada bildirib: “Artıq ləğv etdiyimiz üçün ona nə istəyirsiniz deyin”.
Driskoll qərarın yekunlaşdığını açıqlayıb.
O qeyd edib ki, indiyədək təxminən 80 ədəd “M10 Booker” təhvil alınıb.
“M10 Booker”in ləğvi müdafiə naziri Pit Heqsetin ordu daxilində sistemlərin və silahların satın alınması proseslərinin nəzərdən keçirilməsini tələb edən islahatları ilə də üst-üstə düşür.
Heqset tərəfindən aprelin 30-da verilən dörd səhifəlik direktivdə orduya bəzi köhnəlmiş zirehli və hava birliklərini inventardan çıxarmaq tapşırılıb.
Sevinc Əliyeva
Ordu.az