Ordu.az xəbər verir ki, “Replicator” adlı sürətli tədarük proqramının ikinci mərhələsinin bir hissəsi olan bu təşəbbüs xüsusilə mülki əhalinin olduğu ərazilərdə effektiv və təhlükəsiz həllər təmin etməyi hədəfləyir.
DIU-nun direktoru Duq Bek Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə bildirib ki, onlar mülki şəxslərə və ətraf mühitə zərər vermədən PUA təhlükələrini aradan qaldıra bilən sistemlərə diqqət yetirirlər.
“Biz elektron, kinetik, ballistik və ya digər üsullarla bu təhlükələri neytrallaşdıran aşağı təsirli həllər üzərində işləyirik”, - deyə o qeyd edib.
Ötən il başladılan “Replicator” təşəbbüsü Pentaqonun prioritet imkanlarını sürətlə əldə etməyi hədəfləyir.
Birinci mərhələdə minlərlə aşağı qiymətli PUA-nın alınması hədəflənərkən, ikinci mərhələdə kiçik PUA təhlükələrinə qarşı dura bilən sistemlərə diqqət yetirilir.
Sevinc Əliyeva
Ordu.az