Britaniyanın hərbi PUA təlimi təhlükəsizlik problemlərinə səbəb olur

2025/05/1746262976.jpg
Oxunub: 470     20:22     06 May 2025    
Böyük Britaniya Parlamentinin Müdafiə Komitəsinin üzvləri bildiriblər ki, ciddi təhlükəsizlik və məlumatların mühafizəsi qaydaları Britaniya hərbi qulluqçularının müasir Pilotsuz Uçuş Aparatı (PUA) müharibəsinə hazır olmasına mane olan təlimləri ciddi şəkildə məhdudlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Solsberi düzənliyində təlimdə iştirak edən iki deputatın sözlərinə görə, hərbi qulluqçulara 250 qramdan çox çəkisi olan PUA-ları təlim zamanı digər hərbi qulluqçular üzərində uçurmağa icazə verilmir və onlara radioelektron mübarizə təlimlərində qarışdırıcı avadanlıqlardan istifadə etmək də qadağandır.

Bunun səbəbləri həm Britaniyanın Ümumi Məlumat Mühafizəsi Qaydası (GDPR), həm də yaxınlıqda yaşayan mülki şəxslər üçün narahatlığa səbəb ola biləcəyi ilə bağlı narahatlıqlardır.

Məlumata görə, bir təlimdə hərbi qulluqçular sadəcə olaraq PUA-nı ekipajsız tankın üzərində uçura bilmək üçün Hərbi Aviasiya İdarəsinə bir neçə dəfə müraciət etməli olublar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   PUA  


Bizi "telegram"da izləyin