Qəzzadakı atəşkəsdən sonra ciddi pozuntular qeydə alınmayıb

2024/12/1734413410.jpg
Oxunub: 501     15:25     28 Yanvar 2025    
Qəza sektorundakı atəşkəs vasitəçiləri - Qətər, Misir və ABŞ - yanvarın 19-dan atəşkəs rejiminin qüvvəyə mindiyi andan etibarən ciddi pozuntular qeydə almayıblar.

Ordu.az xəbər verir ki, bunu Qətər Baş nazirinin müşaviri Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə deyib.

"Bu vaxta qədər eskalasiyaya və ya razılaşmaların pozulmasına səbəb ola biləcək ciddi atəşkəs pozuntuları olmayıb", - o bildirib.

Qeyd edək ki, yanvarın 19-da İsrail hökuməti HƏMAS ilə atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Atəşkəs  


Bizi "telegram"da izləyin