“Paşinyanın bəyanatlarından sonra Ermənistan danışıqların dağıdıcı tərəfinə çevrildi” - Şarmazanov

2024/12/1733729137.jpg
Oxunub: 553     17:25     28 Yanvar 2025    
“Borel, Lukaşenko, Lavrov, Putin, habelə digər ölkə və təşkilatların nümayəndələri deyirlər ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan Paşinyan olub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Eduard Şarmazanov deyib.

“Bir dəfə Serj Sarkisyan Lukaşenkonun danışdığı təklifdən (məşhur səsyazma-red.) imtina etmişdi. Söhbət 5 milyard dollardan gedir. Serj Sarkisyan bundan imtina etdi”, - deyə o qeyd edib.

Şarmazanov xatırladıb ki, Lukaşenko vasitəçi olmayıb və vasitəçilərin təklifləri ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov tərəfindən dərc olunub.

“5 rayonun Azərbaycana verilməsi təklif edilirdi, bunun müqabilində “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) aralıq status alacaqdı, Laçın və Kəlbəcər “Qarabağ müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) nəzarətində qalacaqdı. Paşinyanın bəyanatlarından sonra Ermənistan danışıqların dağıdıcı tərəfinə çevrildi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin