Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” nəşri məlumat yayıb.
Bu, yeni dizaynın qurudan üçüncü dəfə görüntülənməsidir, son görüntü sualtı qayığın təkmilləşdirilmiş imkanlarına və Çinin artan dəniz ambisiyalarında onun potensial roluna daha aydın nəzər salır.
Əvvəlki görüntülərdən fərqli hava şəraitində çəkildiyi bildirilən görüntülərdə gəminin dirəkləri uzadılmış və Çin bayrağı qaldırılmış vəziyyətdə görünür.
Analitiklər qeyd ediblər ki, sualtı qayığın vizual aydınlığı yaxşılaşıb, yenilənmiş dizaynı və gəmidəki sistemlər haqqında ətraflı məlumat təqdim edib.
Sevinc Əliyeva
Ordu.az