Ordu.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında edilən paylaşımda qeyd olunub.
Paylaşımda aşağıdakı ifadələr yer alıb:
“Mavi Vətən”in (Türkiyədəki dənizlər-red.) qoruyucuları arasında qüvvələrin birliyi.
ANTIDOT 2-U/S:
Düşmən radar siqnallarını aşkar edir, müəyyən edir və qeydə alır, istiqaməti və mövqeyini dəqiq müəyyənləşdirir.
ANTIDOT 2-U LB/MB/HB:
Kiçik ölçünü və aşağı çəkini yüksək çıxış gücü və çoxlu hədəf qarışdırması ilə birləşdirir, təhdid radarlarına təzyiq edir”.
ASELSAN-ın yerli və milli texnologiyası olan ANTIDOT 2-U/S Radioelektron Dəstək Podu 2025-ci ilin yanvar ayında “Baykar” tərəfindən inkişaf etdirilən “Bayraktar TB2” platformasında uğurla sınaqdan keçirilib.
ASELSAN-ın radioelektron mübarizə texnologiyasındakı qabaqcıl mühəndisliyini ortaya qoyan sistem təhdid radarlarını anında aşkar edərək, onların istiqamətini və yerini dəqiqliklə tapır.
Sevinc Əliyeva
Ordu.az