Ordu.az xəbər verir ki, müvafiq bəyanatı Qəzzada KİV ilə iş üzrə idarə öz teleqram kanalında dərc edib.
“Bu gün anklavın cənub və mərkəzi rayonlarından 300 mindən çox insan Ər-Rəşid və Səlahəddin yolları (müvafiq olaraq Qəzzanın qərbində dəniz sahili boyunca və şərq hissəsində yerləşir – red.) ilə şimala qayıdıb”, – məlumatda qeyd olunub.
Qəzza zolağının nə qədər sakininin şimal rayonlarına qayıtmağı planlaşdırdığı barədə hələlik məlumat verilmir.
Ordu.az