ABŞ-Meksika sərhədində atışma baş verib

2025/01/1738038478.jpg
Oxunub: 5251     03:06     28 Yanvar 2025    
ABŞ Sərhəd Xidmətinin əməkdaşı Meksika sərhədində narkotik kartelinin silahlıları tərəfindən atəşə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə “Newsweek” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, atışma bir qrup miqrant çayı keçərkən baş verib.

Nəşrin məlumatına görə, amerikalılar cavab atəşi açıblar.

Heç kim zərər görməsə də, qeyri-qanuni mühacirlərin ABŞ-yə daxil olmaq cəhdinin qarşısı alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Meksika  


Bizi "telegram"da izləyin