Ordu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” şəhər xəstəxanalarından əldə etdiyi məlumatlara istinadən bildirib.
“Cərrahlar yaralıların böyük axını ilə mübarizə aparmaq üçün gecə-gündüz işləyirlər, çünki döyüş əməliyyatları davam edir”, – agentliyin həmsöhbəti açıqlayıb.
Qoma həkimləri şəhər sakinlərini yaralıların xilas edilməsi üçün qan verməyə çağırırlar. Ölənlərin və yaralıların sayı barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Qoma şəhəri 2 milyon əhalisi olan Şimali Kivu əyalətinin inzibati mərkəzidir.
Ordu.az