Ordu.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
2024-cü ilin noyabr və dekabr aylarında Nyu-York, Nyu-Cersi və qonşu ştatlarda kütləvi PUA müşahidələri hava limanlarının müvəqqəti bağlanması, bəzi şəxslərin həbsi və hava məkanına nəzarətin gücləndirilməsi çağırışlarına səbəb olmuşdu.
FAA dekabr ayında PUA uçuşlarına müvəqqəti məhdudiyyət tətbiq etsə də, yanvarın 19-dan məhdudiyyətlərin qismən qaldırılması ilə PUA-larla bağlı insidentlər yenidən artmağa başlayıb. Xüsusilə Konnektikut, Nyu-Cersi və Delaver kimi ştatlarda PUA-ların müşahidəsi ilə bağlı hesabatların sayı xeyli çoxalıb.
Enigma Labs tədqiqat firmasının məlumatına görə, noyabr ayından etibarən ölkə üzrə 650 PUA insidenti qeydə alınıb ki, onların böyük əksəriyyəti ABŞ-nin şimal-şərq bölgəsində baş verib.
Ordu.az