Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi hərəkatın nümayəndəsinə istinadən məlumat yayıb.
Siyahıya əsasən, razılaşmanın birinci mərhələsi çərçivəsində azad edilməsi nəzərdə tutulan 33 nəfərdən 25-i sağdır.
"HƏMAS azad edilməsi planlaşdırılan 33 israilli girovdan 25-nin hələ də sağ olduğunu göstərən siyahını vasitəçilərə təqdim edib", - o bildirib.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirmişdi ki, İsrail HƏMAS-dan atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində Qəzza zolağından qaytarılmalı olan sağ və ölmüş girovların siyahısını alıb.
Ordu.az