Ordu.az “Defence Industry EU” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat İtaliya və Səudiyyə Ərəbistanı arasında İnvestisiya Nazirliyi (MISA) və Krallığın Hərbi Sənaye üzrə Baş Qurumunun (GAMI) iştirakı ilə keçirilən bir sıra ikitərəfli görüşlər zamanı elan edilib.
Bu Anlaşma Memorandumu 2024-cü ilin əvvəlində əldə edilən və radioelektron mebarizə sistemlərinin, radarların, helikopterlərin yığılması da daxil olmaqla, müxtəlif tərəfdaşlıq sahələrini araşdıran əvvəlki razılaşmaya əsaslanır.
Müqavilə, həmçinin kosmik sənayenin inkişafına, təyyarə korpusunun texniki xidmətinə və domenlərarası inteqrasiyaya diqqət yetirirdi.
Yeni saziş 2024-cü il təşəbbüslərinin uğurlu nəticələrini əks etdirən döyüş hava sistemləri və helikopter texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.
“Leonardo” Səudiyyə Ərəbistanında qabaqcıl platformalar, sistemlər və xidmətlər təqdim etmək üzrə uzun tarixə malikdir.
Bunlara sərnişin daşıma və xilasetmə rotorlu təyyarələr, dəniz müdafiə sistemləri, elektron sensorlar və kibertəhlükəsizlik həlləri daxildir.
Ən son memorandum Səudiyyə Ərəbistanının iqtisadiyyatı şaxələndirmək və innovasiyaları təşviq etmək məqsədi daşıyan “Vizyon 2030” yanaşmasına da uyğundur.
“Leonardo” yerli tərəfdaşlar və tədqiqat institutları ilə əməkdaşlıq yolu ilə Səudiyyə Ərəbistanında davamlı inkişafı və istehsalı təşviq etməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az