Litva və Estoniya Trampın təzyiqinə boyun əydi

2025/01/1737968840.jpg
Oxunub: 630     16:06     27 Yanvar 2025    
Avropa İttifaqı ölkələri Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq hərbi planlarını artıracaq.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Litva və Estoniya ABŞ prezidenti Donald Trampın yaxşı və konstruktiv təzyiqinə cavab olaraq, hərbi imkanlarını kəskin şəkildə artırmaq məqsədilə ÜDM-nin 5 faizindən çoxunu müdafiəyə xərcləməyi vəd edən ilk NATO ölkələri olub.

Litvanın xarici işlər naziri Kestutis Budris “Financial Times”a bildirib ki, Rusiya ilə həmsərhəd olan Baltikyanı ölkə gələn ildən ən azı 2030-cu ilə qədər müdafiəyə ÜDM-in 5-6%-ni xərcləyəcəyini bəyan etdikdən sonra Avropa yeni dövrlə üzləşib.

Bu nisbət indiki səviyyədən təxminən iki dəfə çoxdur.

“Təbii ki, təzyiq var, bu təzyiq bizim NATO-dakı strateji və ən böyük müttəfiqimizdən gələn yaxşı və konstruktiv təzyiqdir. Biz bu mesajları görməzdən gələ bilmərik. Ancaq yeganə səbəb bu deyil. Burada həqiqi döyüş qabiliyyətinə malik olmaq bizim üçün ekzistensial əhəmiyyət kəsb edir”, - deyə Budris qeyd edib.

Estoniyanın Baş naziri Kristen Mixal isə deyib ki, Litvanın öhdəliyinə cavab olaraq onun ölkəsi də müdafiə xərcləri üçün ÜDM-in 5%-ni hədəfləyir, bu da hazırkı 3,7%-lik səviyyədən yüksəkdir.

“Ən mühüm təhlükəsizlik partnyorumuz, yeni prezidentinin rəhbərliyi altında açıq bir mesaj verdi: NATO-nun müdafiə xərcləri artmalıdır. Rəqibimizi tanıyırıq və tam razıyam - hədəfimiz 5 faiz olmalıdır”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Estoniya  


Bizi "telegram"da izləyin