Ordu.az xəbər verir ki, bu barədə TEI Baş direktoru Mahmud Akşit məlumat verib.
Akşit etdiyi paylaşımda bu mesajı verib:
“Ölkəmizin milli platformalarına güc verən, yerli və milli məhsulları ilə aviasiya tarixində ilkləri və rekordları qazandıran TEI-nin 40 illik yubileyini qeyd etməkdən xoşbəxtik.
1985-ci ildə müdafiə və aviasiya sənayesinə yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etmək məqsədi ilə başlayan səyahətimizi bütün dünyada öz imkanlarını sübut etmiş dizayn, istehsal, texniki qulluq və təmir mərkəzi olaraq davam etdiririk.
Bu yolda prezidentimizin vizyonu, Müdafiə Sənayesi Komitəmizin himayəsi, İdarə Heyətimizin dəstəyi, əməkdaşlarımızın səyləri və millətimizin lütfü ilə bir çox milli platformalarımızı hazırladığımız orijinal mühərriklərlə səma ilə bir araya gətirdik.
Milli Döyüş Təyyarəmiz “Kaan”ın mühərrikinə aparan bu yolda ölkəmizin ehtiyac duyduğu və ehtiyac duyacağı bütün aviasiya mühərrikləri üzərində işləməyə davam edəcəyik.
40 illik uğurdan sonra önümüzdəki illərdə də ölkəmizi qabaqcıl layihələrlə irəli aparmağa və Türkiyənin gücünü dünyaya göstərməyə davam edəcəyik.
Daha uğurlu illərə, TEI ailəsi!”.
Sevinc Əliyeva
Ordu.az