Türkiyə istehsalı zirehli vasitələrin Estoniyaya çatdırılmasına başlanılıb

2025/01/fsfs-1737958880.jpg
Oxunub: 576     15:07     27 Yanvar 2025    
Estoniya “Nurol Makina”nın NMS 4x4 və “Otokar”ın “Arma” 6x6 zirehli vasitələrini təhvil almağa başlayıb.

Ordu.az xəbər verir ki, yanvarın 21-23-də Böyük Britaniyada keçirilən Beynəlxalq Zirehli Vasitələr (IAV) 2025 konfransında çatdırılma prosesi haqqında məlumat verilib.

Estoniya 2023-cü il oktyabrın 18-də Türkiyənin müdafiə sənayesi şirkətlərindən ümumilikdə 230 ədəd avtomobil sifariş edib.

Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) bu avtomobillərlə yanaşı, sənədləşdirmə, təlim, xüsusi avtomobillər, avadanlıq və ehtiyat hissələrini əhatə edən müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 200 milyon avro (208 milyon ABŞ dolları) olaraq açıqlanıb.

“Otokar” isə “Arma” zirehli vasitələri üçün müqavilənin dəyərini 130 milyon avro olaraq açıqlayıb.

NMS və “Arma” vasitələri Estoniya Müdafiə Qüvvələrinin 2-ci Piyada Briqadası tərəfindən istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Estoniya  


Bizi "telegram"da izləyin