Ordu.az xəbər verir ki, Tosyalı Arifiyedəki fabrikdə ilk “Altay” tanklarının istehsalına başlanıldığını və bu il Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyini qeyd edib.
“İlk tanklarımızı Arifiyedəki fabrikimizdə istehsal etməyə başladıq. Bu il inşallah yeni “Altay” tankımızı ordumuza təhvil verəcəyik. Fabrik inşaatımız ilin sonuna kimi tam sürətlə davam edir”, - deyə o bildirib.
“Altay” tanklarının mühərrikləri də “BMC Power” tərəfindən istehsal olunmağa başlayıb.
Tosyalı mühərriklərin sınaq prosesinin davam etdiyini qeyd edib.
“2027-ci ildən etibarən yerli və milli mühərriklərimizi yerli və milli tanklarımızda istifadə etməyə başlayacağıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az