Ordu.az xəbər verir ki, EYDEP sertifikatlı şirkətlər üçün valyuta müqavilələri və kreditlər asanlaşdırılıb.
Türkiyənin müdafiə sənayesində böyüməsini dəstəkləmək üçün daha bir mühüm addım atılıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsi sektorun maraqlı tərəflərinin ehtiyaclarına yönəlmiş tənzimləmələrlə bütün şirkətləri, xüsusilə kiçik və orta ölçülü müəssisələri, subpodratçıları dəstəkləməyə davam edir.
Bu tənzimləmə sektorda xərclərin idarə edilməsini asanlaşdırmaq və məzənnə riskini azaltmaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az